Bakının mərkəzi ATS-də yeni intellektual platforma tətbiq olunur
Bakı, 29 iyun, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi tərəfindən 594, 595 ATS-nin binasında yeni texnologiya tətbiq edilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu xidmət intellektual imkanlara malik olan "IMS" (IP Multimedia Subsystem) platformasıdır. Mobil telefonla danışaraq evə daxil olduqda danışıq "IMS" sistemi vasitəsi ilə avtomatik mobil şəbəkədən sabit şəbəkəyə yönəlir.
Qeyd edilib ki, IMS texnologiyası operatorlara müştərilərin dəyişən tələbatlarına çevik reaksiya verməyə və miltimedia xidmətlərinin tətbiqinə ayrılan vaxtın azaldılmasına imkan verəcək. Yeni platforma məlumat, səs və multimedianın vahid IP infrastruktur vasitəsilə ötürülməsi xidməti bazasında kompleks xidmət və servislər təqdim edəcək. Kontentə çıxış genişzolaqlı şəbəkələr vasitəsilə təmin olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]