“Baku Fires” və “Mexico Guerreros” boks komandalarının heyəti açıqlanmışdır
Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 23-də Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyası (WSB) Liqası yarışlarının ikinci turunun görüşü keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu cari mövsümdə ilk ev qarşılaşmasında Meksikanın “Mexico Guerreros” komandasını qəbul edəcəkdir. Hər iki komanda yeni mövsümə məğlubiyyətlə başladığından bu görüş prinsipial əhəmiyyət kəsb edir. Qeyd edək ki, “Mexico Guerreros” ilk turda doğma divarlar arasında Kuba komandasına 0:5 hesabı ilə uduzmuşdu.
Artıq heyətlər müəyyənləşmişdir. Belə ki, Məhəmməd Əbdülhəmidov (52 kq, “Baku Fires”) Jantoni Ortiz Markano (“Mexico Guerrerros”) ilə, Albert Səlimov (60 kq) Fernando Alvarezlə, Məhəmməd Nuruddinov (69 kq) Karl Heldlə, Ramazan Məhəmmədov (81 kq) Boburbek Yuldaşevlə, Arslanbek Mahmudov (91 kq-dan yuxarı) Renat Rahimovla qarşılaşacaqlar.
Bu matçda “Mexico Guerreros” klubunun heyətində WSB liqasında 4 boksçu debüt edəcəkdir. Onlardan ikisi - Boburbek Yuldaşev və Renat Rahimov özbəkistanlıdır. Ötən ildən komandada olan Fernando Alvarez isə artıq bir dəfə Albert Səlimovla döyüşmüş və məğlub olmuşdur.
Dünya və Avropa çempionu A.Səlimov “Baku Fires” klubunun heyətində 5-ci döyüşünə çıxacaqdır. O, bu görüşlərdən dördündə qalib gəlmişdir. Komandamızda isə bu dəfə Arslanbek Mahmudov debüt edəcəkdir. İyirmi dörd yaşlı boksçu 2010/2011-ci və 2011/2012-ci illər mövsümündə Rusiya komandasının şərəfini qorumuşdur. A.Mahmudov 2010-cu ildə tələbələr arasında dünya çempionu olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]