“Baku World Challenge”nin sərbəst sürüşlər üzrə yarışlarında dörd avtomobil qəzaya uğramışdır
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 23-də Bakıda FİA GT Series-in final mərhələsi - “Baku World Challenge”nin sərbəst sürüş üzrə yarışları başlamışdır. Yarış iki gün davam edəcəkdir.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günü dörd avtomobil qəzaya uğramışdır. Qəzaya uğramış avtomobillərin bir “Mercedes”, iki “Audi” və bir “Corvette”dir. Qəza zamanı “Audi” markalı avtomobillərdən birində yanğın baş vermişdir, lakin alovun qarşısı dərhal alınmışdır. Pilot vaxtında avtomobili tərk etdiyindən xəsarət almamışdır. Ümumilikdə, heç bir pilot xəsarət almamışdır.
Qeyd edək ki, yarışda 14 beynəlxalq komanda və 30 avtomobil iştirak edir.