Balakən-Şəki bölgəsində daşqınlar baş vermişdir
Bakı, 16 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mayın 14-16-da müşahidə olunan intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsindəki çaylarda qısamüddətli daşqınlar olmuşdur. Hazırda Böyük Qafqazda yerləşən Quba-Xaçmaz zonasının çaylarında sululuq ongünlük normanın 50-80, Lənkəran-Astarada 30-80, Kiçik Qafqazda 75-85, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 840 kubmetr olmuşdur. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 743, Şirvanda 645, Salyanda 570, Bankədə 391, Araz çayının Novruzlu məntəqəsində isə 478 santimetr olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:45]
Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik
- 09.09.2026 [15:15]