Balakənli gənclər peşə məktəbinin şagirdləri ilə görüşüblər
Balakən, 31 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyi rayon gənclərinə “GəlSƏN” adlı yeni layihə təqdim edib.
Nümayəndəliyin rəhbəri Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə çərçivəsində Mərkəzin fəal gəncləri 1 nömrəli Balakən Peşə Məktəbinin şagirdləri ilə görüşüblər. Görüş zamanı şagirdlərə Mərkəzin fəaliyyət istiqamətləri, üzvlük sistemi, könüllülük, təcrübə proqramları, həyata keçirilən təlim və layihələr, mövcud klublar və onların fəaliyyəti barədə ətraflı məlumat verilib. Mərkəzin əməkdaşları şagirdləri Gənclərin İnkişaf və Karyera Mərkəzinə üzv olmağa, könüllülük və təcrübə proqramlarında iştirak etməyə dəvət ediblər.
Sonra Mərkəzə üzv olmaq istəyən gənclərin qeydiyyatı aparılıb.