BANK ƏMANƏTLƏRİNİN SIĞORTA FONDU 2005-Cİ İLDƏN TEZ YARADILMAYACAQDIR
Qanun layihəsinə əsasən, əmanət uzunmüddətli olarsa, bank müflisləşdikdə əmanətçi 30 milyon manat, vəsaitlər cari hesabda saxlanılırsa, 1 milyon manat ala bilər. Vəsaitlər xarici valyuta ilə qoyulduqda, ümumi məbləğin 90 faizi, milli valyuta ilə qoyulduqda isə 100 faizi qaytarılır. Bankdan bildirmişlər ki, 2008-ci ilədək kompensasiyaların ödənişi indiki 6 mindən 15-20 min dollaradək artırıla bilər. Kompensasiyaların ödənilməsi üçün əvvəlcə bankın öhdəliklərinin inventarizasiyasını keçirmək, kompensasiyaların ödəniləcəyi vəsaitlərin bazası, bankın müflisləşməsinə bilavasitə məsuliyyət daşıyan menecerlərin təqsir dərəcəsi müəyyənləşdirilməlidir.
Qanun layihəsinə görə, bu, 6 ay çəkməlidir. Gələcəkdə, məsələn, depozitlərin sığorta sisteminə onlayn rejimi tətbiq edildikdə, bu müddət dəyişdirilə bilər.
Yerli bankirlərin Əmanətlərin Sığorta Fonduna təqvim ödənişləri məbləğinin azaldılması barədə təklifinə gəldikdə isə, bildirilmişdir ki, qanun layihəsində bu rəqəm əhalinin banklardakı əmanətlərinin ümumi həcminin 0,5 faizi səviyyəsində göstərilmişdir.
Xatırladaq ki, AMB-nin proqnozlarına görə, bu ilin sonunadək əhalinin bank əmanətlərinin həcmi 1,2 trilyon manata çatacaqdır.