Bank Olmayan Kredit Təşkilatları üçün onlayn təlim keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Mərkəzi Bank, Bakı Fond Birjası, “ABB İnvest” investisiya şirkəti tərəfindən Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA) üzv olan Bank Olmayan Kredit Təşkilatları (BOKT-lar) üçün onlayn təlim keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, təlimdə Bank Olmayan Kredit Təşkilatları üçün kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. Tədbirin əsas məqsədi mikormaliyyə sahəsində yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək, Bakı Fond Birjasında qiymətli kağızların listinqdə saxlanılması üstünlüklərini çatdırmaqdır. Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və Bakı Fond Birjasında listinqə təşviq edilməsi məqsədilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.
Qeyd edək ki, AMFA sentyabrın 13-dən Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına tərəfdaş qismində qoşulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]