“BANK RESPUBLİKA” ALTI AYIN NƏTİCƏLƏRİNƏ YEKUN VURMUŞDUR
AZƏRTAC xəbər verir ki, ilin əvvəlindən “Bank Respublika”nın aktivləri 30,6 faiz artaraq, iyulun 1-nə 330,7 milyon manat, kredit portfeli isə 39,1 faiz çoxalaraq 221,6 milyon manat olmuşdur.
Hesabat dövründə müştərilərin depozitləri 138,6 milyon manat, əhalinin əmanətlərinin məbləği 23 faiz artaraq 64,4 milyon manat təşkil etmişdir.
Yanvar-iyun aylarında bankın məcmu kapitalı 34,1 milyon, nizamnamə kapitalı 12,6 milyon, gəlirləri 25,57 milyon, xərcləri 19,03 milyon, balans mənfəəti isə 6,54 milyon manata çatmışdır.