BANK SİSTEMİNİN İNKİŞAFINA DAİR BİRİNCİ BEYNƏLXALQ KONFRANS BAŞA ÇATDI
Konfransın üç seminarında “Bank qanunvericiliyi”, “Bank sistemi və real sektor”, “Dövlət banklarının özəlləşdirilməsi” mövzuları müzakirə olunmuşdur. Milli Bankın idarə heyətinin üzvü Rüfət Aslanov, “KoçBank Azərbaycan” bankı idarə heyətinin sədri Nurcan Aktürk, Azərbaycan Bank Assosiasiyasının prezidenti Zakir Nuriyev seminarların işindən, bank sisteminin yenidən qurulmasına dair irəli sürülən təkliflərdən danışmışlar.
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov konfransın bağlanışında çıxış edərək demişdir ki, oktyabrın 15-də Azərbaycan xalqı sabitliyə, tərəqqiyə və inkişafa, Heydər Əliyev siyasətinə səs vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev seçkiqabağı kampaniyanın gedişində bəyan etmişdir ki, yaxın beş ildə ölkədə 600 min yeni iş yeri açılacaqdır. Odur ki, ölkəmizin bank sistemi bunun gerçəkləşməsi üçün əlindən gələn hər şeyi edəcəkdir.
Konfransın təşkilatçıları gələn il ikinci forumu keçirməyi nəzərdə tuturlar.