Banqladeşdə COVID-19 virusuna yoluxanların sayı 300 minə yaxınlaşır
Pekin, 26 avqust, AZƏRTAC
Son sutka ərzində Banqladeşdə yeni növ koronavirusa (COVID-19) 2545 yoluxma və bu virus səbəbindən 45 ölüm faktı qeydə alınıb.
AZƏRTAC Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 299 min 628 nəfərə, ölənlərin sayı isə 4028-ə çatıb.
İdarə ölkədə virusa yoluxanların 62 faizinin sağaldığını, 1,34 faizinin isə vəfat etdiyini açıqlayıb. Virusa yoluxmanı müəyyən etmək üçün 91 laboratoriyada testlər aparılır. İndiyədək ölkədə 1,4 milyon test həyata keçirilib. Səlahiyyətli qurumlar simptomları orta və yüngül olan pasiyentlərin yaşadıqları yerlərdə müalicəsini təşkil edir. Bunun üçün "qaynar xətt" və internet səhifəsi fəaliyyət göstərir.
Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir. Hökumət yaşayış məntəqələrini yoluxma sayına görə qırmızı, sarı və yaşıl zonalara bölüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [11:20]
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq
- 03.10.2026 [08:53]
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
- 03.10.2026 [07:11]
ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb
- 03.10.2026 [06:51]
Hörmüz boğazında neft tankerinə atəş açılıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]