“BARMEK AZƏRBAYCAN ELEKTRİK ŞƏBƏKƏSİ” MMC-DƏ TOPLANTI KEÇİRİLMİŞDİR
Sonra cəmiyyətin prezidenti Hüseyn Arabul və sahə həmkarlar ittifaqı komitəsinin sədri Ramiz Zeynalov “Barmek Azərbaycan Elektrik Şəbəkəsi” MMC və həmkarlar ittifaqı komitəsi arasında 2006-2009-cu illər üçün Kollektiv Müqavilə”ni imzalamışlar.
Toplantını açan Hüseyn Arabul Azərbaycan dövlətinin iqtisadi və siyasi inkişafından, ölkəmizin dünya dövlətləri arasında durmadan artan nüfuzundan, respublika əhalisinin xoşbəxt gələcəyindən, yeraltı və yerüstü sərvətlərimizin, təbii qaz və karbohidrogen ehtiyatlarımızın bolluğundan danışmış, bu sərvətlərdən, o cümlədən də elektrik enerjisindən qənaətlə istifadə etməyin vacibliyini vurğulamışdır.
Natiq ötən müddətdə ölkə elektrik şəbəkəsinə nəzərdə tutulduğundan 85,6 milyard manat (köhnə pulla) çox investisiya qoyulduğunu, istehlakçıya çatdırılan elektrik enerjisinin etibarlılığının artırıldığını və keyfiyyətinin yaxşılaşdırıldığını vurğulamışdır. O, elektrik enerjisi təchizatındakı məhdudiyyətlərdən və onların yaranma səbəblərindən, texniki və qeyri-texniki itkilərdən də bəhs etmiş, enerji təchizatının yaxşılaşdırılması yolları və qoyulacaq investisiyalar barədə fikirlərini açıqlamışdır.
Tədbirdə MMC-nin vitse-prezidenti Ömer Günel, texniki direktoru Vəfa Ağayev, satış direktoru Valeh Zeynalov, texnoloji informasiya idarəsinin rəis əvəzi Gökhan Moral və başqaları enerji təchizatının təşkili sahəsində mövcud problemlərdən, xidmətin mədəni səviyyəsinin yüksəldilməsi yollarından və qarşıda duran vəzifələrdən danışmışlar.