BAŞ NAZİR BİLƏSUVAR RAYONUNDA QAÇQINLAR VƏ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Dekabrın 29-da baş nazir Artur Rasizadə Biləsuvar rayonunda olmuş, beş cadır şəhərciyində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Artur Rasizadə məcburi köçkünlərin sosial-məişət şəraiti, problemləri ilə tanış olmuş, şəhərciklərdəki 9 orta məktəbin, məktəbəqədər tərbiyə ocaqlarının fəaliyyəti ilə maraqlanmış, soydaşlarımızı Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etmişdir.
Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə onların dərin minnətdarlıqlarını dövlətimizin başçısı Heydər Əliyevə çatdırmağı xahiş etmişlər.
Sonra baş nazir Azərbaycan Prezidentinin Fərmanına əsasən Biləsuvar rayonu ərazisində 2560 məcburi köçkün ailəsi üçün salınan 13 qəsəbədə tikinti-quraşdırma işlərinin vəziyyəti ilə tanış olmuş, müvafiq tapşırıqlar vermişdir.
Məcburi köçkünlərə bayram sovqatı, məktəblilərə isə dərsliklər hədiyyə edilmişdir.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Artur Rasizadə ilə birlikdə Biləsuvarda olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]