Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş oftalmoloq: 150-dən çox Vətən müharibəsi iştirakçısı üzərində plastik rekonstruktiv əməliyyatlar aparılıb

Baş oftalmoloq: 150-dən çox Vətən müharibəsi iştirakçısı üzərində plastik rekonstruktiv əməliyyatlar aparılıb

Bakı, 6 avqust, AZƏRTAC

8 avqust - Beynəlxalq Oftalmologiya Günüdür. Oftalmoloqlar öz peşə bayramlarını ilk dəfə 2004-cü il avqustun 8-də qeyd ediblər. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

Beynəlxalq gün ərəfəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov müsahibə verib və ölkədə ən çox yayılan göz xəstəliklərindən danışıb.

AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Ölkədə hansı göz problemləri ilə bağlı müraciətlərin sayı daha çoxdur?

- Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı, Gəncə, Şəki filialları daxil olmaqla refraksiya anomaliyaları (26,4

faiz), büllurun patologiyası - katarakta (15,3 faiz), infeksion və iltihabi xəstəlikləri (14,4 faiz), buynuz qişanın müxtəlif patologiyaları (keratokonus, bulanmalar və s.) (9,8 faiz), görmə üzvünün müxtəlif zədələri (8,4 faiz), qlaukoma (4,6 faiz), presbiopiya (3,7 faiz), görmə sinirinin və torlu qişanın müxtəlif patologiyaları (3,3 faiz), şəkərli diabetin fəsadları (2,7 faiz) ilə əlaqədar müraciətlərin sayı çoxluq təşkil edir.

- Göz təzyiqi daha çox hansı vətəndaşlarda rast gəlinir və riski artıran faktorlar hansılardır?

- Gözdaxili təzyiqinin yüksəlməsi daha çox yaşlı vətəndaşlarda rast gəlinir. Lakin gözdaxili təzyiqin yüksəlmə səviyyəsi fərdi olaraq hər bir

şəxsdə müxtəlifdir. O, görmə sinirinin zədələnməsinə yüksək risk amilidir və qlaukoma xəstəliyinin səbəblərindən biridir. Qlaukoma xəstəliyi bütün yaş dövrlərində, o cümlədən anadangəlmə də rast gəlinir. Lakin əsasən orta və yuxarı yaşlı vətəndaşlarda daha çox müşahidə olunur. Əslində 40 yaşından yuxarı olan hər bir şəxsin ildə ən azı bir dəfə gözdaxili təzyiqi, göz dibi yoxlanılmalıdır. Qlaukoma xəstəliyinin əmələ gəlməsini artıran bir neçə risk amili mövcuddur. Elmi araşdırmalara əsasən onlardan biri də 40 yaşdan sonra yaşın artması ilə qlaukomanın əmələ gəlmə riskinin də eyni zamanda, artmasıdır. Qlaukomanın risk amillərindən irsi faktor diqqətə alınmalıdır. Belə ki, yaxın qohumlarda qlaukomanın olması xəstəliyin əmələ gəlmə riskini artırır. Risk amili kimi bəzi dərman və hormonal preparatların uzunmüddətli istifadəsi diqqətdən kənar qalmamalıdır. Yaşla bağlı patologiyalar sırasında somatik xəstəliklər, o cümlədən ürək-damar patologiyası, endokrin sisteminin xəstəlikləri, böyrək patologiyası və s. qlaukoma xəstəliyinin əmələ gəlməsini artıran risk amilləri kimi qeyd edilir.

- Çəpgözlülük əməliyyatı necə icra edilir və həmin cərrahi müdaxilə kimlərə əks-göstəriş sayıla bilər?

- Çəpgözlük patologiyası ən çox uşaq yaşlarında rast gəlinir və bir sıra üsullarla effektiv müalicə olunur. Çəpgözlük göz qüsuru olaraq

müştərək və paralitik formalarda müəyyən olunur. Müalicəsi nə qədər tez başlanarsa, bir o qədər effektiv olar. Hər bir pasiyentin müalicə taktikası individual seçilir. Yanaşı ortoptik-diploptik, müxtəlif kompüter proqramlarının, əks olunan lazer radiasiyasının və s. metodikaların istifadəsi, yüksək effektə nail olmağa imkan yaradır. Əməliyyatlara əks-göstəriş əsasən orqanik dəyişikliklər, psixi xəstəliklərin olması sayıla bilər.

- Görmə zəifliyinin bərpa əməliyyatları hər kəs üzərində icra edilə bilərmi?

- Görmə zəifliyi müxtəlif səbəblərdən əmələ gələ bilər. Lakin ən çox rast gəlinən müxtəlif refraksiya anomaliyaları səbəblərindən yaranan

görmə zəifliyinin cərrahi bərpası müasir oftalmologiyanın ən böyük nailiyyətlərindən biri sayıla bilər. Görmə zəifliyinin bərpa əməliyyatları, yəni refraktiv əməliyyatlar, müxtəlifdir - eksimer lazer cərrahi əməliyyatları, fotorefraktiv keratoektomia, Lasik, Femtolasik və s. Onların seçimi bir neçə amildən asılıdır. İlk növbədə əməliyyatın seçimində buynuz qişanın qalınlığı, topoqrafik parametrləri, requlyarlığı həlledici əhəmiyyətə malikdir. Lakin əgər buynuz qişanın parametrlərinə əsasən xəstənin refraktiv rəqəmlərini eksimer lazer üsulu ilə aradan götürmək mümkün deyilsə, üstünlük gözdaxili əməliyyatlara verilir. Beləliklə, görmə zəifliyinin bərpa əməliyyatları gözün strukturlarında, görmə sinirində olan patoloji dəyişiklikləri istisna olmaqla əksəriyyət hallarda görmə zəifliyinin bərpasına imkan yaradır.

- Diabet və yüksək təzyiq yanaşı görmə problemlərinə səbəb ola bilərmi?

- Diabet və yüksək təzyiq, yəni hipertoniya xəstəliyi sözsüz ki, görmə problemlərinə, əsasən görmə zəifliyinin əmələ gəlməsinə səbəb ola

bilər. Görmə zəifliyi müxtəlif səbəblərdən əmələ gələ bilər, lakin müasir diaqnostik üsulları, optimal müalicə seçimi onların profilaktikasına zəmin yaradır.

- Vətən müharibəsi iştirakçıları mərkəzə daha çox hansı şikayətlərlə müraciət ediblər? Onlara hansı xidmətlər göstərilib?

- Vətən müharibəsinin birinci günündən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, mərkəzin Gəncə və Masallı filiallarının,

həmçinin Dəmir yolu Səyyar klinikasının əməkdaşları hərbi və mülki yaralıları qəbul edib, müalicə və cərrahi əməliyyatlar aparıblar. Vətən müharibəsi iştirakçıları mərkəzə və filiallara müxtəlif şikayətlər ilə müraciət ediblər. Şikayətlərin xarakteri əsasən zədənin ağırlığından, genişliyindən, göstərilən birincili yardımdan, ötən vaxtdan asılı idi. Vətən müharibəsi iştirakçılarının böyük qismində partlayışların mərkəzi sinir sisteminə, görmə orqanının funksiyalarına təsiri nəticəsində yaranmış şikayətlər baş ağrıları, daha çox görmənin itməsi, zəifliyi və ya kosmetik problemlərlə bağlı idi. Bir sıra Vətən müharibəsi iştirakçılarına birincili, ya ikincili cərrahi əməliyyatlar aparılıb. Aparılmış əməliyyatlar sırasında dəlib keçən yaraların işlənməsi, o cümlədən gözdaxili orbitanın yad cisimlərinin (qəlpələrin) xaric edilməsi, kataraktanın ekstaksiyası, vitreoretinal əməliyyatlar, buynuz qişanın keratoprotezləşdirməsi, rekonstruktiv plastik əməliyyatlar və s. daha çox olunub. 150-dən çox Vətən müharibəsi iştirakçısı üzərində İsraildən dəvət olunan mütəxəssislər ilə birgə müayinələr, plastik rekonstruktiv əməliyyatlar aparılıb və fərdi göz protezləri hazırlanıb. Hərbi-Həkim Komissiyası tərəfindən 100-dən çox İkinci Qarabağ müharibə iştirakçısının sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsini həyata keçirilib. Bununla yanaşı, müharibədən sonrakı dövrdə mərkəzin Səyyar Avtomobil klinikasının yüksəksəviyyəli oftalmoloji briqadaları bir neçə rayonda şəhid və veteran ailələrinin üzvlərini müayinə və müalicə ediblər. Belə aksiyalar mütəmadi olaraq respublikanın əksər rayonlarında aparılacaq.

- Müsahibəyə görə təşəkkür edirik.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO