Baş prokuror: Ukraynanın 1682 məmuru korrupsiya faktına görə saxlanılıb
Kiyev, 1 mart, AZƏRTAC
2018-ci ilin yanvar-fevral aylarında Ukraynanın Baş Prokurorluğu korrupsiya faktlarında ittiham olunan 1682 məmuru saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata Ukraynanın baş prokuroru Yuriy Luçenko məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə məmurların rüşvət alması faktı üzrə artıq 362 iş məhkəməyə göndərilib.
Baş prokuror qeyd edib ki, 2017-ci ildə korrupsiya faktına görə 9425 nəfər saxlanılıb, onlardan 1692-si həbs edilib.
Y.Luçenko bəyan edib ki, Baş Prokurorluq korrupsiya hallarına qarşı amansız mübarizəsini davam etdirəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]
Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]
Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
- 19.06.2026 [11:57]
Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
- 19.06.2026 [11:37]