SİYASƏT
BAŞ PROKURORLUĞUN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, prokurorluq orqanlarına ilk dəfə işə qəbul edilmək arzusunda olan şəxslər üçün 60 ştat vahidi üzrə müsabiqə elan edilmişdir.
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslərin ərizələri və sənədləri 2002-ci il mayın 31-dən qəbul edilir.
Prokurorluğa işə qəbul olunmaq üçün müsabiqədə iştirak etməklə əlaqədar vətəndaşlardan daxil olan müraciətləri nəzərə alaraq, həmçinin ali təhsil müəssisələrinin hüquq fakültələrinin (bakalavr və magistr pillələri üzrə) builki məzunlarının müsabiqədə iştirakına imkan yaratmaq məqsədi ilə sənədlərin qəbulu müddəti 2002-ci il iyul ayının 15-dək uzadılır.
Ərizə və sənədlər hər gün (bazar günlərindən başqa) Baş Prokurorluğun binasında - Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7 nömrəli ünvanda (indeks 370001) saat 9.00-dan 18.00-dək qəbul edilir.
Əlavə məlumat almaq üçün 92-74-32 və 92-54-10 nömrəli telefonlara müraciət etmək olar.