Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş reanimatoloq: Qan dəyərləri yoxlanılmadan edilən ümumiləşdirilmiş koronavirus müalicəsi yanlışdır

Baş reanimatoloq: Qan dəyərləri yoxlanılmadan edilən ümumiləşdirilmiş koronavirus müalicəsi yanlışdır

Bakı, 17 avqust, AZƏRTAC

AZƏRTAC Səhiyyə Nazirliyinin baş reanimatoloqu İsrail Məhərrəmbəyli ilə müsahibə təqdim edir.

-Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanlar hansı vəziyyətdə reanimasiyaya yerləşdirilməlidirlər?

-İntensiv terapiya şöbələri ağır xəstələrin müalicəsi və hərtərəfli müşahidəsini təmin etmək üçün yaradılmış ixtisaslaşdırılmış şöbələrdir. Həmin şöbələr mürəkkəb müşahidə avadanlığı ilə təchiz olunub. Vətəndaşlarda qorxu var, onlar, adətən, düşünürlər ki, süni tənəffüs aparatına qoşuldularsa, deməli sondur.

Süni tənəffüs yüngül xəstələrə ağzına maska taxmaqla, ağır xəstələrə isə birbaşa ağciyərinə hava balonunun yerləşdirilməsi ilə qoşulur. Bu cihazlar vasitəsilə xəstələr 100 faiz oksigenlə təmin oluna bilirlər.

Koronavirusa yoluxmuş xəstələrin hamısı reanimasiya şöbəsinə yerləşdirilmir. Birbaşa tənəffüs yollarına təsir göstərən xəstəlik olduğu üçün, reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin əksəriyyəti tənəffüs sistemində problem olanlardır. COVID-19 virusunun hansı forma və intensivlikdə inkişaf edəcəyi barədə dəqiq məlumat yoxdur. Nədən qaynaqlanması, patogenetik istiqaməti, müalicə prinsipləri kimi suallara aydınlıq gətirmək üçün dəqiq statistik mənbə yoxdur. Təbii ki, yoluxma zamanı virusa xas əlamətlər üzə çıxır. Orqanizmin immun sistemi xəstəliklə mübarizədə çox böyük əhəmiyyətə malikdir. Zəif immun sisteminə malik orqanizmdə əlbəttə ki, virusun inkişafı sürətli baş verir. Statistik təhlillər göstərir ki, xəstəxanalara daxil olan xəstələrin əksəriyyəti gecikmiş halda müraciət edənlərdir. Günlərlə evdə müalicə alan, “soyuqdəymədir” deyib gözləyən və mütəxəssis müalicəsi almayan xəstələr gecikmiş halda xəstəxanalara müraciət edirlər. Evdə müalicə zamanı müəyyən analizlər, qan dəyərləri yoxlanılmadan edilən ümumiləşdirilmiş müalicələr çox yanlışdır. Ağırlaşan xəstələrin qəbul şöbəsində vəziyyətləri dəyərləndirilir və həkim xəstənin palata şəraitində və yaxud reanimasiya şöbəsində müalicə olunacağını təyin edir.

-Hansı ağırlaşmalar xəstənin intensiv terapiyaya ehtiyac olduğunu göstərir?

-İlk növbədə, reanimasiyaya huşunu itirmiş xəstələr yerləşdirilir. Həmçinin kəskin tənəffüs çatışmazlığı, kəskin hemodinamik pozulmalar, yanaşı xəstəlikləri olanlar da intensiv terapiyaya cəlb edilir. Məsələn, xəstədə kəskin tənəffüs çatışmazlığı olmasa da, yanaşı xəstəlikləri - şəkər, ürəkdə stent və ya yüksək təzyiqi varsa, o, dinamiki müşahidədə saxlamaq üçün reanimasiyaya yerləşdirilir. Xəstənin tənəffüs sayı 30-dan çox, oksigenin parsial təzyiqi 70-in altında və karbon qazının parsial təzyiqi 50-dən çoxdursa, eyni zamanda saturasiya göstəricisi oksigen inqalyasiyası ilə 80-86-ya bərabərdirsə, belə xəstələr reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilməlidir. İkinci önəmli göstərici isə ağciyərlərin kompüter tomoqrafiyasının nəticəsidir.

-İntubə nə deməkdir və hansı xəstələrə tətbiq edilir?

İntubasiya, endotrakeal boru (ET) adlanan bir borunun ağızdan tənəffüs yoluna daxil edilməsidir. COVID-19 infeksiyasında, xüsusilə yüksək ağciyər tutulumu və nəfəs darlığı olan xəstələrdə, qanda oksigen səviyyəsinin aşağı olması ilə xəstənin intubə edilməsinə ehtiyac ola bilər. İntubasiya olunmuş xəstə ventilyasiya cihazına bağlı olduğu müddətdə reanimasiyada qalır. Xəstənin sağlamlıq vəziyyətindən asılı olaraq, intubasiyadan sonra bir müddət də reanimasiyada müalicə lazım gələ bilər. Lakin hər reanimasiyada xəstəyə intubasiya edilmir. Tənəffüs funksiyasını müstəqil şəkildə yerinə yetirə bilən xəstələrdə intubasiya tələb olunmur.

İntubə edilmiş xəstələrin xəstəxanaya yerləşdirmə üsulu həkimlər tərəfindən xəstənin vəziyyətinə görə təyin oluna və zaman-zaman dəyişdirilə bilər. Bəzi xəstələr intubasiya zamanı üzü aşağı, bəzilərində isə klassik yatma mövqeyinə üstünlük verilir.

-İntubasiya neçə gün çəkir?

-COVID-19 və tənəffüsə təsir edən bir çox digər xəstəliklərdə, xəstəlik şiddətli olarsa, xəstə müəyyən bir müddət intubasiya yolu ilə mexaniki ventilyasiya almalı ola bilər. Ümumiyyətlə, yoluxucu xəstəliklərdə bütün müalicə variantları sınandığına baxmayaraq nəticə vermirsə, intubasiya tətbiq olunur.

Ona görə də, intubə COVID-19 xəstələrində antiviral dərmanlar, antikoaqulyantlar (qan sulandırıcı) kimi bir çox müalicə üsulunun kifayət qədər nəticə vermədiyi hallarda tətbiq olunur. İntubasiyanın neçə gün çəkəcəyi tamamilə xəstənin vəziyyətindən asılıdır. Bəzi xəstələrdə yalnız bir neçə gün, ağır xəstələrdə isə həftələrlə davam etdirilə bilər. Xəstə nə qədər uzun müddət intubə olarsa, komplikasiya ehtimalı da o qədər yüksək olar.

Uzun müddət intubə edilmiş xəstələrdə tənəffüs yollarının daralması və ağciyərlərin tənəffüs dəstəyindən asılılığı kimi risklər inkişaf edir. Ona görə də bir neçə həftə ərzində sağalmayan xəstələrdə traxeostomiya kimi fərqli üsulların tətbiq edilməsi lazım ola bilər. Traxeostomiyada birbaşa nəfəs borusuna açılan yolun köməyi ilə nəfəs almaq mümkün olur.

-İntubə edilmiş xəstənin vəziyyəti yaxşılaşırmı?

-Elmi statistikaya əsasən, intubasiya edilmiş COVID-19 xəstələrinin təxminən dörddə üçünün sağ qaldığı görülür. Ona görə, intubasiya olunmuş xəstənin sağ qalma ehtimalının hələ də yüksək olduğunu söyləmək olar. İntubə edilməyən xəstələrə nisbətən intubə edilmiş xəstənin ölüm nisbətinin artmasının səbəbi, ventilyatora qoşulan xəstənin ağır xəstə olmasıdır. İntubasiya zamanı xəstənin təqibi və müalicə prosesi çox vacibdir. İntubasiya olunmuş xəstələrin təqibi üçün reanimasiya ən əlverişli mühitdir. Sağalmağa başlayan xəstələrdə ventilyasiya dəstəyi kəsildikdən sonra xəstəyə bir müddət oksigen dəstəyi verilməlidir.

Bütün bu tətbiqlər zamanı hər bir xəstənin sağlamlıq vəziyyətinin individuallığından asılı olaraq proses və tətbiqlər fərqli ola bilər. İntubə edilmiş xəstələrin yaxınlarının həkimlərinin tövsiyələrinə uyğun davranmaları faydalıdır. Xəstəlik ciddi şəkildə irəliləyərsə və COVID-19 xəstələrində nəfəs darlığı inkişaf edərsə, intubasiya lazım ola bilər. Nəfəs darlığı yaranan COVID-19 xəstələri dərhal tibb müəssisələrinin təcili xidmətlərinə müraciət etməlidirlər.

Həqiqətən reanimasiya şəraitində xəstələrin nə yaşadıqlarını anlamaq üçün bu mühiti görmək lazımdır. Koronavirus xəstələrinin reanimayasiya vəziyyətləri digərlərindən çox fərqlənir. Xəstənin şüuru yerindədir və ağrını tamamilə hiss edir. Bu, həqiqətən çox ağırdır. Bəzən həmkarlarla qənaətə gəlirik ki, koma vəziyyəti ağırlaşmış koronavirusdan daha az əzab verir. Əgər vətəndaşlar bu mənzərənin qorxuncluğunu görə bilsəydilər, əminəm ki, düşüncələri tamam fərqli olardı.

Vətəndaşlara bu vəziyyətlə qarşılaşmamaq üçün bir daha səslənirəm: ən gözəl müalicə xəstəliyə tutulmamaqdır. Ağırlaşma və ölüm hallarının qarşısını almaq üçün mütləq vaksinasiya da iştirak etmək lazımdır. Eyni zamanda 3 qızıl qaydanı unutmayıb sosial məsafə saxlamaq maskadan istifadə etmək və gigiyena qaydalarına əməl etmək vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb