BAYTARLIQ VƏ FİTOSANİTARİYA SAHƏSİNDƏ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
Ölkəmizdə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv qəbul edilməsi çərçivəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu istiqamətdə fəaliyyəti genişləndirmək məqsədilə milli baytarlıq və fitosanitariya sahəsində qanunvericiliyin beynəlxalq tələblərə uyğunluğu təhlil olunur. Nazirlik 2008-2010-cu illərdə heyvan və bitki mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsi sisteminin inkişafına dair Dövlət Proqramı hazırlamışdır. Aidiyyəti qurumlarla yanaşı, xarici ekspertlərin də qiymətləndirməsindən sonra sənədin təkmilləşməsi istiqamətində iş davam etdirilir. Bu proqram ölkəmizin Dünya Ticarət Təşkilatına üzv qəbul olunması üçün vacib şərtlərdən biridir.
Proqrama yeyinti məhsullarının tərkibini müəyyən edən yeni laboratoriyaların yaradılması və müasir avadanlıqlarla təchiz edilməsi də daxildir. Bu isə idxal-ixrac proseslərinin dünya standartlarına uyğun səviyyədə aparılmasına imkan verəcəkdir. Bundan başqa, laboratoriyalar beynəlxalq akkreditasiyadan da keçiriləcəkdir. Artıq bununla əlaqədar nazirlikdə milli məlumatlandırma mərkəzi yaradılmışdır. Mərkəzin yaradılmasından məqsəd bir sıra ölkələrin bitki, qida sahəsi üzrə qanunvericilik aktları ilə tanışlıq və bu sahədə şəffaflığın yaradılmasını təmin etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]