BDU-da Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir
Bakı, 5 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə müəllim və tələbələr, Nəzəri fizika kafedrasının müəllimi olmuş, uzun müddət ABŞ-da çalışmış nəzəriyyəçi fizik Vaqif Mustafayev, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun direktoru Sədiyar Rəhimov iştirak ediblər.
Tələbə Elmi Cəmiyyətinin üzvləri fakültə müəllimləri haqqında hazırladıqları videoçarxı təqdim edib, onlarla bağlı ürək sözlərini bildiriblər.
Sonra Fizika fakültəsinin III kurs tələbəsi Fatimə Əhmədova “Holoqrafiya” mövzusunda məruzə ilə çıxış edib.