BDU-da elmi seminar: Çovdar filiz sahəsinin geoloji-geofiziki materiallar əsasında tədqiqi
Bakı, 1 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Çovdar filiz sahəsinin geoloji-geofiziki materiallar əsasında tədqiqi” mövzusunda elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda Kompleks geoloji-geofiziki tədqiqatlar ETL-in böyük elmi işçisi, professor Nazim İmamverdiyevin mövzu üzrə məruzəsi dinlənilib.
Məruzəçi Çovdar qızıl yatağının geoloji quruluşu, onu təşkil edən süxurların petrogeokimyəvi xüsusiyyətləri, yataqdakı filizlər, onların tərkibi, 3D formasında filiz kütləsinin forması və əmələgəlmə məsələləri haqqında məlumat verib.
Qeyd edilib ki, Çovdar filiz sahəsində aparılan geoloji-geofiziki tədqiqatların, dağ qazmalarının, buruq quyularının sınaqlaşdırılması ilə aparılan analizlərin nəticəsi bu rayonun potensial perspektivli olduğunu göstərir. Buna sübut son zamanlar filiz rayonunda yeni Sarıyoxuş və Mərəh yataqlarının kəşf olunmasıdır.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]