BDU və Qırğızıstan alimlərinin 50-dən çox birgə elmi məqaləsi dərc olunub
Bakı, 2 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Qırğızıstanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı birgə elmi nəşrlər vasitəsilə də özünü göstərir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
“Scopus” beynəlxalq elmi məlumat bazasının məlumatlarına əsasən, BDU alimlərinin Qırğızıstanın 5 ali təhsil müəssisəsinin – Qırğızıstan Dövlət Tibb Akademiyası, Qırğızıstan-Türkiyə Manas Universiteti, Yusif Balasaqunlu adına Qırğız Milli Universiteti, Oş Dövlət Universiteti və Qırğızıstan Beynəlxalq Universitetinin tədqiqatçıları ilə 50-dən çox birgə elmi məqaləsi dərc olunub. Bu göstərici BDU-nun Qırğızıstanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığının konkret elmi nəticələrlə müşayiət olunduğunu və iki ölkənin alimləri arasında birgə tədqiqat fəaliyyətinin formalaşdığını göstərir.
Əməkdaşlığın elmi istiqamətləri çoxşaxəli xarakter daşıyır. BDU ilə Qırğızıstanın ali təhsil və elmi-tədqiqat müəssisələri arasında birgə tədqiqat və nəşr fəaliyyəti tibb və səhiyyə elmləri, biologiya, ekologiya və biomüxtəlifliyin qorunması, iqtisadiyyat və idarəetmə, turizm və dayanıqlı inkişaf, eləcə də əlaqəli elm istiqamətlərini əhatə edir.
Bakı Dövlət Universiteti Qırğızıstanın ali təhsil müəssisələri ilə mövcud əməkdaşlığın daha da genişləndirilməsini, birgə təhsil və elmi layihələrin həyata keçirilməsini, akademik mobilliyin artırılmasını və qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsini prioritet istiqamətlərdən biri kimi davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [15:11]
UNEC Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrini inkişaf etdirir
- 02.09.2026 [14:01]
Səmada nadir təbiət hadisəsi baş verəcək: Bakıdan necə izləməli?
- 02.09.2026 [13:50]
AzTU Almaniyanın Aaxen Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
- 02.09.2026 [11:59]
Abituriyentlərin nəzərinə: ixtisas seçimi bu gün yekunlaşır
- 02.09.2026 [11:52]
Kimya İnstitutunun alimləri yeni metalloenzim inhibitoru sintez ediblər
- 02.09.2026 [11:48]
“MEK könüllüləri” proqramına müraciət qaydaları açıqlanıb
- 02.09.2026 [11:38]