Bədbəxt hadisələr nəticəsində iki nəfər dünyasını dəyişmişdir
Bakı, 16 may (AZƏRTAC). Sumqayıt şəhərindəki 7 nömrəli yataqxanada bədbəxt hadisə baş vermişdir. Orada yaşayan Almaz Qəmbərova 5-ci mərtəbənin eyvanında paltar asarkən ehtiyatsızlıq nəticəsində yıxılaraq dünyasını dəyişmişdir.
Abşeron rayonunun Novxanı kənd sakini Xalid Əzimov dərmandan, Xırdalan şəhər sakini Vüsalə Məmmədova isə kimyəvi məhluldan zəhərlənmə diaqnozu ilə evlərindən xəstəxanaya gətirilmişlər. Hər ikisinin vəziyyəti orta-ağırdır.
Daha bir ölümlə nəticələnən hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsindəki maşınqayırma zavodunda baş vermişdir. Orada işləyən Elnur Əlibəyli elektrik cərəyanının vurması nəticəsində ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]