BELÇİKA YENİDƏN HÖKUMƏT BÖHRANI TƏHLÜKƏSİ İLƏ ÜZLƏŞMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mart ayından hökumət başçısı təyin olunmuş İv Leterm beş partiyadan ibarət koalisiya hökuməti formalaşdıra bilmədiyindən istefa verməyi qərara almışdır.
İv Leterm istefası barədə iyulun 14-də kral ll Albertə müraciət etmişdir. Kral xristian-demokratlardan ibarət hökumətin başçısı olmuş İv Letermdən yeni hökumət təşkil olunanadək öz vəzifəsində qalmağı və səlahiyyətlərini davam etdirməyi xahiş etmişdir. Bununla kral hökumətin bəzi üzvləri ilə məsləhətləşmək üçün vaxt qazanmaq və növbəti hökumət böhranının qarşısını almaq niyyətini gizlətməmişdir.
Hökumət başçısı kimi fəaliyyəti dövründə İv Leterm flandr və fransızdilli deputatları bir araya gətirə bilməmişdir. Buna səbəb ölkədəki 10,5 milyonluq əhalidən 6,3 milyonunu (60 faiz) təşkil edən flamanların sıx yaşadıqları əraziyə muxtariyyət verilməsi iddiası ilə çıxış etmələri olmuşdur.
Belçikanın daha varlı regionlarında məskunlaşmış və böyük işçi qüvvəsinə malik flamanların istəyi fransızdilli əhali arasında böyük etirazla qarşılanmışdır. Yaranmış ikitirəlik hökumətin formalaşmasına mane olmuş, ölkəni yeni böhran təhlükəsi və parçalanmaq qorxusu qarşısında qoymuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]