BƏLƏDİYYƏ İCMALARININ REGİONAL ASSOSİASİYALARI HAQQINDA ƏSASNAMƏ HAZIRLANIR
AZƏRTAC xəbər verir ki, iclasda Kürdəmir rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi və “Bələdiyyə icmalarının regional assosiasiyaları haqqında” Əsasnamənin layihəsi müzakirə olunmuşdur. Komissiyanın sədri Zahid Qaralov demişdir ki, Kürdəmir rayonunun Çöhranlı və Şıxımlı kəndlərinin əhalisinin sayının artdığını nəzərə alaraq, ayrıca inzibati ərazi vahidinin yaradılması məqsədəuyğun sayılmışdır. Azərbaycan Prezidentinin imzası ilə parlamentə təqdim olunan qanun layihəsində Çöhranlı və Şıxımlı kəndlərini Xırdapay kənd inzibati ərazi vahidinin tərkibindən ayıraraq, Çöhranlı kəndi mərkəz olmaqla Çöhranlı kənd inzibati ərazi vahidinin yaradılması təklif olunur. Deputatlar məsələni müsbət həll etmişlər.
Sonra “Bələdiyyə icmalarının regional assosiasiyaları haqqında” Əsasnamənin layihəsi müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, bələdiyyə icmalarının regional assosiasiyalarının yaladılması yerli özünüidarə orqanlarının fəaliyyətinin düzgün istiqamətləndirilməsinə və regional əməkdaşlıq məsələlərinin hüquqi tənzimlənməsinə xidmət edəcəkdir. Müzakirələrin sonunda layihənin işçi qrupu tərəfindən daha da təkmilləşdirilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]