“BƏLƏDİYYƏ VƏ KİV MÜNASİBƏTLƏRİ: İNKİŞAF VƏ PROBLEMLƏR MÜSTƏVİSİNDƏ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AVCİYA-nın eksperti Vüqar Tofiqli bildirmişdir ki, ölkəmizdə fəaliyyət göstərən 2758 bələdiyyə arasında Yasamal, Qaraçuxur, Nəsimi, M.Ə.Rəsulzadə, Zabrat, Badamdar, Nərimanov bələdiyyələri və digər yerli idarəetmə orqanları işin öhdəsindən layiqincə gəlirlər.
Natiq KİV və TV-lərdə bələdiyyələr haqqında daha çox məlumat verilməsinin, yerli özünüidarə qurumlarında mətbuat xidmətlərinin yaranmasının vacibliyini diqqətə çatdırmışdır.
Tədbirdə “Bələdiyyə və KİV münasibətlərinin nəzəri məsələləri” mövzusunda məruzə dinlənilmiş, “Bələdiyyələrdə yaradılan mətbuat xidmətlərinin fəaliyyəti üçün metodiki tövsiyələr” layihəsi haqqında iştirakçılara məlumat verilmişdir.
Müzakirələrə qoşulan Milli Məclisin deputatları Tahir Süleymanov, Zahid Oruc, “İki sahil” qazetinin baş redaktoru Vüqar Rəhimzadə, Ədliyyə Nazirliyinin nümayəndəsi İlham Abbasov və bələdiyyə üzvləri təklif və mülahizələrini bildirmiş, yerli idarəetmə orqanlarında mətbuat xidmətlərinin yaradılmasının məqsədəuyğunluğunu əsaslandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]