BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
AZƏRTAC xəbər verir ki, bu ilin birinci yarısında Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzi yerli özünüidarə orqanlarına metodoloji yardımın göstərilməsi və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi məqsədilə regionlarda 20-dən çox zona seminarı keçirmişdir. Bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları Hüquq Tədris Mərkəzində ixtisasartırma kurslarına cəlb edilmiş, 9 minə yaxın bələdiyyə aktına baxılmış, nazirliyin təklifi əsasında onların 140-ı ləğv edilmiş və ya dəyişdirilmişdir. Bəzi aktların ləğvi ilə bağlı iddialar qaldırılmış, bələdiyyə aktlarını vaxtında təqdim etməyən 44 bələdiyyə sədri barəsində müvafiq protokollar tərtib edilərək məhkəmələrə göndərilmişdir.
İnzibati nəzarət qaydasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmiş maliyyə çatışmazlığı yerli büdcələrə ödətdirilmiş, 7 bələdiyyənin fəaliyyətindəki ciddi qanun pozuntuları barədə müvafiq sənədlər isə prokurorluq orqanlarında təhqiq olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]