Bərdə sakinlərindən narkotik vasitə götürülüb
Bərdə, 22 dekabr, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri Rafiq Zeynalov və Seymur Şükürov saxlanılıblar. Onların evində və üzərində aparılan axtarış zamanı marixuana aşkar edilərək götürülüb.
Adıçəkilən şəxslərlə bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.