BƏRDƏDƏ 60 MİN TONDAN ÇOX BUĞDA İSTEHSALI GÖZLƏNİLİR
AZƏRTAC xəbər verir ki, Bərdə rayonunda taxıl biçini başlanmışdır. Rayon icra hakimiyyətindən bildirmişlər ki, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Prezident İlham Əliyevin Sərəncamı rayonda taxılçılığa marağı artırmışdır. Belə ki, əgər ötən il rayon ərazisində 9.159 hektarda taxıl səpilmişdisə, cari ilin məhsulu üçün 21 min 631 hektar sahədə əkin aparılmışdır. Bu, ötənilki göstəricidən iki dəfə və ya 12 min 472 hektar çoxdur. Taxıl sahələrinin 18 min 914 hektarı buğda, 2.717 hektarı arpadır.
Ötən mövsümdə rayonda 29 min 281 ton buğda istehsal olunmuşdur. Bu il iki dəfə artıq, yəni 60 min tondan çox taxıl istehsalı proqnozlaşdırılır.
Taxıl biçininə 100-dən artıq kombayn, 120-dən çox yedəkli traktor cəlb edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]