Berlindəki Türk Evində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Berlin, 11 may (AZƏRTAC). Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, mayın 10-da Berlində fəaliyyət göstərən Türk Evində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Berlin Atatürkçü Düşüncə Dərnəyinin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkil etdikləri tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Pərviz Şahbazov, Türkiyənin Almaniyadakı səfirliyinin əməkdaşları, qonaqlar, türk və Azərbaycan diasporları nümayəndələri iştirak etmişlər.
Tədbirdə AAKM-in icraçı direktoru Samira Patser-İsmayılova və Atatürkçü Düşüncə Dərnəyinin başqanı Olcay Başeymez iştirakçıları salamlamış, səfir P.Şahbazov “Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış etmiş, ulu öndərin həyat yolu, eləcə də onun Azərbaycan xalqının yaddaşında buraxdığı iz barədə söhbət açmışdır. O, məhz Heydər Əliyevin iradəsi və gərgin səyləri nəticəsində iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyini və ən yüksək səviyyəyə çatdığını vurğulamışdır.
Sonra Avropa Azərbaycanlıları Konqresinin sədri Bahəddin Qaya və Almaniya Bundestaqının keçmiş üzvü, Türkiyə Azərbaycan Birliyinin sədri professor Hakkı Kəskin ulu öndər Heydər Əliyev barədə öz fikirlərini bölüşmüş və onun iki qardaş ölkə arasında münasibətlərə verdiyi töhfələri haqqında fikirlərini dilə gətirmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]