Bernardo Bertoluççi Kann festivalının fəxri mükafatını almışdır
Bakı, 12 may (AZƏRTAC). İtaliya rejissoru Bernardo Bertoluççi Kann festivalının fəxri mükafatını almışdır.
AZƏRTAC Reuters agentliyinə istinadən xəbər verir ki, 71 yaşlı rejissora "Qızıl palma Budağı" mükafatını festivalın direktoru Jil Jakob təqdim etmişdir.
Mükafatı alarkən, rejissor bəyan etmişdir ki, o, bu mükafatı hələ də mübarizə üçün enerjisi qalan bütün İtaliya rejissorları ilə bölüşmək istəyir.
"Parisdə sonuncu tanqo"," Xəyalpərəstlər ", “Tərəfdaş", "Sevgi və qəzəb", "Böcək strategiyası", "İyirminci əsr", "Ay", "Məzəli adamın faciəsi", "Sonuncu imperator", "Kiçik Budda", "Mühasirə olunmuşlar" kimi məşhur filmlərinin rejissoru Bertoluççi hal-hazırda 3D formatında çəkilən “Mən və sən” filmi üzərində çalışır.
Qeyd edək ki, 64-cü Kann kinofestivalı may ayının 11-də Vudi Allenin baş rollarda Ouyen Uilson və Reyçel Makadamsın iştirak etdiyi “Parisdə gecəyarı” adlı filmi ilə açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]
Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq
- 09.09.2026 [11:30]