Berti Foqts: Azərbaycan incəsənətinin qələbəsi futbolçularımızda da böyük ruh yüksəkliyi yaradacaqdır
Bakı, 16 may (AZƏRTAC). Çox sevinirəm ki, Azərbaycanı təmsil edən musiqiçilər - Eldar Qasımov və Nigar Camal məhz mənim Vətənimdə - Almaniyada təşkil olunmuş “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsinin qalibi oldular.
Bu sözləri futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts demişdir.
Baş məşqçi bildirmişdir ki, bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan bu qələbəyə layiqdir. Azərbaycanlı müğənnilərin mahnısını dinlədikdən sonra təmsilçilərinizin bu müsabiqənin favoriti olduğuna əmin idim. Finalda bu, bir daha öz təsdiqini tapdı və Avropa ölkələrinin böyük əksəriyyəti Azərbaycan təmsilçilərinə yüksək bal verdilər. Bu uğur bir daha onu göstərir ki, məqsədyönlü fəaliyyət qarşıya qoyulan məqsədə çatmağa böyük zəmin yaradır. İnanıram ki, Azərbaycan incəsənətinin bu qələbəsi futbolçularımızda da böyük ruh yüksəkliyi yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]