Beyləqanlılar ulu öndərə ehtiramlarını bildirmişlər
Beyləqan, 10 may (AZƏRTAC). Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Beyləqan rayonunda geniş qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib önünə çiçək dəstələri düzdükdən sonra Heydər Əliyev muzeyində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuş, sənədli filmə baxmışlar. Muzeyin akt zalında keçirilən konfransda rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev, Milli Məclisin deputatı Ayaz Orucov və başqaları çıxış edərək, ümummilli liderin həyat və fəaliyyətindən, xalqımız üçün misilsiz xidmətlərindən danışmışlar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə onun adını daşıyan parkda gül və kitab bayramları keçirilmişdir.
Gül müsabiqəsinin, ulu öndərin doğum gününə həsr olunmuş rəsm və inşa müsabiqələrinin, güləş, voleybol, futbol, şahmat yarışlarının qaliblərinə rayon icra hakimiyyətinin diplom və mükafatları, Heydər Əliyev muzeyində fəaliyyət göstərən “Heydər Əliyev irsini öyrənək” kursunun məzunlarına vəsiqələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]