Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər
Bakı, 24 may, AZƏRTAC
Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olunacaqlar.
AZƏRTAC xəbər verir ki, "Təhsil haqqında" Qanunun 26.5-ci maddəsinə edilən dəyişikliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]