BEYNƏLXALQ FORUMUN İŞTİRAKÇILARI BAKIYA GƏLMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə iyunun 10-da Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün xarici ölkələrin yüksək səviyyəli nümayəndələri ölkəmizə gəlmişlər.
Heydər Əliyev adına beynəlxalq hava limanında Polşanın birinci xanımı Mariya Kaçinski, Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbeki, Anqolanın birinci xanımı Ana Paula Duşsantuş, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan, İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun xanımı Dursun İhsanoğlu, ABŞ-ın Texas ştatının birinci xanımı Anita Perri və digər qonaqlar böyük hörmətlə qarşılanmış, onlara gül dəstələri təqdim olunmuşdur.
Ümumiyyətlə, forumda iştirak etmək üçün Azərbaycana xarici ölkələrdən çoxlu sayda nümayəndə gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]