BEYNƏLXALQ MƏSLƏHƏTÇİLƏRİN TÖVSİYƏLƏRİ NƏZƏRƏ ALINMIŞDIR
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində “Şimal-Şərq İnkişaf Layihəsi”nin icra vəziyyəti müzakirə edilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi, Milli Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nümayəndələrinin layihə mütəxəssisləri ilə birgə keçirdikləri toplantıda Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Nəzarət Missiyasının “Şimal-Şərq İnkişaf Layihəsi” ilə bağlı qeyd və tövsiyələrinə münasibət bildirilmişdir.
Layihənin əhatə etdiyi Abşeron, Xızı, Siyəzən və Dəvəçi rayonlarında sudan istifadə edənlər birliklərini dəstəkləmək, layihənin komponentləri üzrə görülən işləri əlaqələndirmək, marketinq və emal sahələrinin inkişafını təmin etmək, biznes inkişaf mərkəzləri yaratmaq, kənd maliyyə xidmətlərinin inkişafını sürətləndirmək məsələləri ilə bağlı beynəlxalq məsləhətçilərin tövsiyələri bəyənilmişdir.
Layihə üzrə ötən il görülən işlər qənaətbəxş hesab edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]