BEYNƏLXALQ TƏŞKİLATLARININ KÖMƏYİ İLƏ SOSİAL OBYEKTLƏR TƏMİR OLUNUR
ABŞ-ın Beynəlxalq Xilasetmə Komitəsinin maliyyə yardımı ilə Tərtər rayonunun Qaraqoyunlu kənd xəstəxanası, Xoruzlu həkim ambulatoriyası əsaslı təmir olunmuş, Köçərli kəndində isə yeni feldşer-mama məntəqəsi tikilib istifadəyə verilmişdir. Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Uşaqları qoruyun” beynəlxalq təşkilatının vəsaiti hesabnıa Mamırlı və Qaraqoyunlu kənd ambulatoriyaları təmir olunmuş, “Sağlam dünya” təşkilatı isə Əksi Para feldşer mama məntəqəsində təmir işlərini başa çatdırmışdır.