BİLƏSUVARDA 50 YERLİK UŞAQ XƏSTƏXANASI İNŞA EDİLİR
AZƏRTAC xəbər verir ki, Biləsuvarda dövlət sifarişi hesabına regional əhəmiyyətli 50 yerlik uşaq xəstəxanası tikilir.
Smeta dəyəri 1,3 milyon manat olan bu tibb müəssisəsinin cari ilin noyabrınadək istifadəyə verilməsi planlaşdırılır. Obyektdə az müddətdə 370 min manatlıq inşaat işləri görülmüşdür. Son günlər tikinti sahəsinə əlavə texnika və işçi qüvvəsi gətirilmiş, nəticədə işin sürəti xeyli artmışdır.
Xəstəxanada poliklinika, ambulatoriya, diaqnostika və laboratoriya kabinetləri fəaliyyət göstərəcəkdir. Tibb müəssisəsi yüksək standartlara uyğun ən müasir avadanlıqla təchiz olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]