Biləsuvarda narkotik alverçilərindən 13 kiloqram heroin götürülüb
Biləsuvar, 16 mart, Mahir Babayev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində odlu silah və 13 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhəri, Yasamal rayon sakini T.Ağayev və Salyan rayon sakini R.Xəlilov Biləsuvar rayonunun ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman T.Ağayevin üzərindən bir bükümdə psixotrop maddə metamfetamin, R.Xəlilovun əlindəki torbadan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat, ayrı-ayrı plastik qablarda ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:04]
Xaçmazda mağazada yanğın olub VİDEO
- 08.10.2026 [19:03]
Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO
- 08.10.2026 [18:51]
Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]