Binəqədi rayonunda 18 minə yaxın sakin tibbi müayinə olunub
Bakı, 1 mart, AZƏRTAC
Fevralın 12-dən başlanılan və mayın 12-dək davam edəcək əhalinin tibbi müayinəsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətində yaradılan xüsusi komissiya tədbirin gedişini daim diqqət mərkəzində saxlayır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tibbi müayinə tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün hər cür hazırlıq görülüb, səhiyyə ocaqlarında hərtərəfli şərait yaradılıb.
Kampaniya başlanılandan bəri 17,8 min rayon sakini tibbi müayinədən keçib.