Binəqədi sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri dinlənilib
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-də Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində növbəti səyyar qəbul otağı “Azəriqaz” İB tərəfindən vətəndaşların ixtiyarına verilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə sakinlərin qaz sayğacının əvəzlənməsi, qaz kəmərinin yerinin dəyişdirilməsi və qazın limiti ilə bağlı ünvanladıqları sualları Birliyin məsul şəxsləri cavablandırıblar. Bütün müraciətlər qeydiyyata alınıb.
Xatırladaq ki, “Açıq mikrofon” aksiyaları davam edir. Növbəti aksiya iyulun 21-də paytaxtın Xətai rayonunda keçiriləcək.