Binəqədidə evdən pul, sənəd və notbuk oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 30 dekabr, AZƏRTAC
Binəqədidə evdən oğurluq edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 200 manat məbləğində pul, sənəd və 4560 manat dəyərində notbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.