Bir oyunda 38 qol vuran futbolçu: Bütün ötürmələr mənə gəlirdi
Bakı, 22 aprel, AZƏRTAC
“Əlimə düşən bəzi fürsətləri dəyərləndirə bilsəydim, daha çox qol vura bilərdim”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi”nin qadın futbolçulardan ibarət komandasının üzvü Aysun Seydiyeva Yüksək Qızlar Liqasının XV turunda səfərdə Ağcabədinin "Olimpiya" komandasına 41 cavabsız qolla qalib gəldikləri oyun barədə danışarkən deyib.
Həmin qarşılaşmada rəqib qapısından 38 top keçirən yarımmüdafiəçi bu qədər qol vurduğu üçün xoşbəxt olduğunu bildirib: "Əlbəttə, bu cür hissləri yaşamaq xoşdur. Mövsümü bombardir kimi bitirmək istəyirəm. Komanda yoldaşlarım son matçda çox kömək etdilər. Demək olar ki, bütün ötürmələr mənə gəlirdi. Təəssüf ki, bəzilərini dəyərləndirə bilmədim".
27 yaşlı oyunçu böyükhesablı qələbədə rəqibin zəif olmasını da əsas səbəblərdən biri olaraq göstərib: "Düşünürəm ki, rəqib və liqanın səviyyəsi güclü olsaydı, bunu reallaşdırmaq çətin olardı".
Qeyd edək ki, çempionatda 11 oyun keçirən "Neftçi" hazırda 30 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 39 xalla "Sumqayıt" başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]