Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bir qədər nazir” və “bir damcı baş nazir” olanlara son xəbərdarlıq

Bakı, 21 noyabr, AZƏRTAC

ABŞ Konqresinin sponsorluq etdiyi “Azadlıq” radiostansiyası öz saytında Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Dirk Şubelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə çıxışına Xankəndidə səslənmiş şərhlərə həsr olunmuş material dərc edib. Ekspertlər cəmiyyəti Prezidentin hər bir sözünü KİV-də və sosial şəbəkələrdə ətraflı təhlil etdiyinə görə, hesab edirik ki, burada dövlət başçısının çıxışından sitatları yenidən xatırlatmağa ehtiyac yoxdur.

Yuxarıda adı çəkilən radiostansiya tərəfindən “Stepanakertin etnik erməni rəhbərliyi Azərbaycan ilə vasitəçilərsiz danışmaq ideyasını rədd edir” kimi başlıq verilmiş məqalədə (https://www.rferl.org/a/nagorno-karabak-armenia-azerbaijan-talks-babayan/32137435.html) əvvəlcə saytın “ayrılmağa [breakaway] çalışan Dağlıq Qarabağ regionunun de-fakto xarici işlər naziri” kimi təqdim etdiyi Xankəndi sakini David Babayanın, bir qədər sonra isə auditoriyaya “Dağlıq Qarabağın de-fakto baş naziri” kimi təqdim edilən, əslində Kremlin “gədə” kimi göndərdiyi Ruben Vardanyanın sözləri sitat gətirilir.

Onların söylədiyi şərhlərin mahiyyətinə keçməzdən əvvəl materialın müəllifi Karlen Aslanyanın (təəccüblənməyə dəyərmi!) “knyaz səxavəti” ilə bu iki personajı mükafatlandırdığı “reqaliyaları” bir kənara ataq. Onlar heç də “rəsmi şəxslər” deyil - istər de-yure, istərsə də de-fakto. Mətbəədə istənilən vəzifə yazılmış vizit vərəqini sifariş vermək olar. İstəsəniz, “Fransa Kralı” və ya “Korsika Respublikasının Prezidenti” vəzifəsini də göstərmək olar. Ümumiyyətlə, “de-fakto” nazir və baş nazir olmur. Ya sən nazirsən və səni bu qisimdə tanıyırlar, ya da yox - “bir qədər hamilə” olmadığı kimi. Bunlardan birincisini, onun konstitusiyaya zidd fəaliyyətinə baxmayaraq, doğum faktına görə müəyyən mənada “Qarabağ sakini” adlandırmaq olar, ikincisi isə hətta bu imtiyaza da uyğun gəlmir, yol azıb gəlmiş adi qastrolyor kimi qalır (tutulub saxlanana, məhv edilənə və ya könüllü şəkildə çıxıb gedənə qədər). Buna görə də jurnalistə və onun nəşrinə israrla məsləhət görürük ki, bu iki şəxsə “rəsmi şəxslər” kostyumu geyindirməyə çalışmasınlar.

İndi isə məsələnin mahiyyətinə keçək. İki il bundan əvvəl Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri erməni qoşunlarını darmadağın etdi və öz tarixinə şanlı qələbə səhifəsini yazdı. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Azərbaycan xalqının 28 il yarım gözlədiyi sözləri söylədi, ertəsi gün Şuşa üzərində dalğalanan Azərbaycan bayrağının çoxdan gözlənilən və unudulmaz videokadrları yarandı, xoşbəxt döyüşçülərimiz Azərbaycanın tarix və mədəniyyət beşiyinin azad edilməsi haqqında raport verdilər. Sonrakı saatlarda nələr baş verdiyini hamı çox yaxşı xatırlayır. Bizim döyüşçülərin hansı istiqamətdə enməyə başladıqları hamımızın, həmçinin ermənilərin özlərinin də, o cümlədən “azacıq nazir” olan David Babayanın da yadında olmalıdır, Xankəndi şəhərinin necə boşaldığını xatırlayırıq, bu gün birdən-birə cəsarətlənmiş Babayanın o vaxt bəlkə də qorxaqcasına qaçdığı şosedə yaranmış tıxacları, daha sonra Robert Koçaryanın Vladimir Poznerə verdiyi müsahibəni, həmin müsahibədə bir faktı etiraf etməsini də xatırlayırıq ki, o vaxt Putin məsələyə müdaxilə etməsəydi, bütünlüklə Qarabağ üzərində hərbi nəzarət Azərbaycana keçərdi. Yeri gəlmişkən, bu etirafı erməni banditlərin keçmiş başçısı Samvel Babayan etmişdi. Bunu hamı bilir. Bir fakt barədə polemika etməyə dəyməz ki, ermənilər döyüş meydanında tamamilə darmadağın edilmişdi və yalnız Rusiyanın işə qarışması David Babayanın öz evlərinə qaçan həmyerlilərinin, o cümlədən əlləri və vicdanı ləkəli yaraqlıların şərəfsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratdı.

Lakin həmin “de-fakto” David Babayan iki il bundan əvvəlki hadisələri nədənsə çox tez unudub. O vaxt qorxudan dizləri titrəyən, mühafizəçilərin arxasında gizlənərək şəhərə qayıtmış həmin Babayan bu gün birdən-birə cəsarətlənib, ona və həmqəbilələrinə öz valideynlərinin torpağında onlar üçün mümkün olan yeganə statusla - Azərbaycan Respublikasının tamdəyərli vətəndaşları statusu ilə yaşamağı davam etdirməyi təklif edən müzəffər Prezidentlə davakar tərzdə danışmağı özünə rəva bilir.

Əslində, Qarabağ erməniləri belə səxavətli təklifə layiq deyillər, çünki ermənilər 1828-ci ildən “İrəvan quberniyası” adlanan ərazidə bircə azərbaycanlının da qalmasına imkan verməyiblər. Lakin Azərbaycan dövlətinin siyasətini bu dövlətin başçısı müəyyən edir və Qarabağ ermənilərinin bəxti gətirib ki, o, bu dərəcədə genişürəklidir. Seçilmiş kurs erməni millətindən olan şəxslərin bütün vətəndaşlıq hüquqlarını - bütün başqa etnik qrupların istifadə etdiyi, bu gün Azərbaycan dövlətinin və bizim hər birimizin qoruduğu hüquqları təmin edir.

Lakin bundan ötrü əvvəlcə bu lütfkarlığı qəbul etmək, təklifi qəbul etmək və bütün inciklikləri keçmişdə qoyaraq yeni səhifə başlamaq lazımdır. Təşəkkür etmək lazım deyil, ehtiyac yoxdur. Lakin heç olmasa hələlik sizə təklif olunanı qəbul edin. Əgər Xankəndidə özbaşına tutduqları kabinetlərdə kimsə hesab edirsə ki, dövlət başçısı onların nazı ilə çox oynayacaq, belələrini növbəti dəfə peşmançılıq gözləyir. Prezident İlham Əliyev Praqada Azərbaycan telekanallarına müsahibəsində Qarabağda Azərbaycanın vətəndaşı kimi yaşamaq istəməyənləri nə gözlədiyini xatırladıb. Dövlət başçısı öz fikrini dəyişməyə adət etməyib. Bir dəfə dedi - belə də olacaq. Xoşunuz gəlir - götürün, gəlmir - özünüz bilin.

Bununla əlaqədar daha bir məqamı xatırlatmaq istəyirəm. Uzun işğal illərində ermənilər dəfələrlə deyiblər ki, ermənilərin və azərbaycanlıların birgə yaşaması “mümkün deyil”. Robert Koçaryan bir dəfə hətta bu iki xalqın “etnik uyuşmazlığı” barədə danışıb, onun həyat yoldaşı Bella Koçaryan isə İrəvanda qanköçürmə mərkəzinin açılış mərasimindəki çıxışında yalnız erməni qanından ibarət olan ayrıca qan bankı yaratmağı təklif edib. Onun sözlərinə görə, “erməni qanında spesifik genetik amillər var və ermənilərə yalnız erməni qanı köçürmək lazımdır”. İnsan nə dərəcədə ağıldankəm olmalıdır ki, leykositlərdə və eritrositlərdə etnik mənsubiyyət olmasını güman etsin. Belə bəyanatlara biz birmənalı şəkildə cavab vermişik: birgə yaşamaq mümkün olub-olmaması barədə qərarı siz qəbul edin, amma Xankəndidə biz yaşayacağıq - azərbaycanlılar! Tək yoxsa sizinlə birlikdə yaşayacağıq - bunu zaman göstərər.

Bu da bir eyham idi, o vaxt Ermənistanda bunu başa düşmədilər.

Ona görə də bu gün Qarabağ iqtisadi rayonunda rusiyalı sülhməramlılar kontingentinin yerləşdirilməsinin birinci (ehtimal ki, həm də sonuncu) müddətinin başa çatdığı gün yaxınlaşdıqca David Babayan kimiləri burada hansısa - mən “filan cür” vasitəçilik istəyirəm, Fransanı yanımda görmək istəyirəm, ATƏT-in Minsk qrupu buraya gəlsin, Bakı ilə təkbətək danışmaq istəmirəm - kimi şərtlər irəli sürmək əvəzinə öz gələcəyi barədə düşünməlidirlər. Sən kimsən ki, şərt qoyasan? Səninlə ümumiyyətlə heç kəs danışmayacaq, Ruben isə ümumiyyətlə qarabağlı deyil! Ondan ötrü yaxşısı budur çıxıb getsin, hələ gec deyil.

Qarabağ ermənilərindən kiminlə danışmaq məsələsi paytaxtda həll ediləcək. Bu şəxs Bakı ilə ünsiyyətdə sizin nümayəndəniz və sizinlə ünsiyyətdə Bakının nümayəndəsi olacaq. Ən başlıcası, yadda saxlayın - bu, “danışıqlar” deyil, kontakt, dialoq olacaq. Sırf şaquli dialoq! Əgər Xankəndidə yaşamağı davam etdirmək istəyirsinizsə, buna sevinin.

Axı hər iş normal gedirdi - əlaqə yaradılmışdı, dialoq nizamlanmışdı. Lakin məlum qüvvələr Ruben Vardanyanı Qarabağa göndərəndə ümid edirdilər ki, öz “Troya atı”nı tətbiq edə biliblər. Baş tutmadı! heç kəs və heç vaxt bu personajla danışmayacaq. Bu, qəti qərardır. Əgər azadlığının qədrini bilirsə çıxıb getsə yaxşıdır. Onsuz da, onun danışdıqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bütöv bir maddəsinə uyğun gəlir, onun missiyasının cinayətkar xarakteri barədə isə danışmağa dəyməz.

Bir daha açıq-aydın deyirik: şərti yalnız Bakıdakı mərkəzi hökumət irəli sürə bilər! Bu şərtləri qəbul etmək, yoxsa başqa ölkədə xoşbəxtlik axtarmağa başlamaq lazım olması barədə qərarı siz qəbul edin. Azərbaycan boş sözlər danışmır. O, sizin nazınızla oynamayacaq. Bakı öz təklifini sonsuz müddətdə açıq saxlamayacaq. Vaxt gedir, bu vaxtı şıltaqlığa sərf etməyinizi məsləhət görmürük. Əgər bu fürsəti əldən versəniz, onun nəticələrinə görə bütün məsuliyyət erməni tərəfin üzərinə düşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq