Birləşmiş Ərəb Əmirliklərinin parlamenti yaşlı insanların hüquqlarının qorunması haqqında qanun layihəsini bəyənib
Əbu-Dabi, 24 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası 60-dan çox yaşı olan vətəndaşların hüquqlarının qorunması haqqında qanun layihəsini bəyənib.
AZƏRTAC xəbər verir ki, sənəddə yaşlı nəslin nümayəndələrinin haqlarının qorunmasını nəzarətdə saxlamaq üçün təkmilləşdirilmiş mütəxəssislərdən ibarət komandanın yaradılması və “qaynar xətt”in işə salınması nəzərdə tutulur. Yaşlı adamların hüquqlarının qorunmasını təmin edən 23 maddədən ibarət qanun layihəsi şəxsi həyatın toxunulmazlığı, işləmək hüququnun qorunması, sosial təminat və tibbi xidmətdən istifadə məsələlərini əhatə edir. Sənəddə, həmçinin yaşlı insanların haqlarının pozulması və onlarla kobud davranılması ilə əlaqədar cəzaların tətbiq edilməsi nəzərdə tutulub.
Bununla yanaşı, qanunda yaşlı valideynlərinə və ailə üzvlərinə qulluq edən qohumlar üçün də maliyyə yardımı və imtiyazlar nəzərdə tutulur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]