“Birlik” komandası “Yaz turniri”nin qalibidir
Bakı, 12 may (AZƏRTAC). Azərbaycan Texniki Universitetinin idman zalında AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə qüsurlu əlillər arasında keçirilən futbol üzrə “Yaz turniri” başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, mayın 12-də son turun oyunlarında “Birlik” 9:6 hesabı ilə “Şimşək” komandasını, “Zirvə” isə 8:4 hesabı ilə “Ümid” klubunu məğlub etmişdir.
Beləliklə, bütün oyunları qələbə ilə başa vuran “Birlik” turnirin qalibi olmuşdur. “Şimşək” ikinci, “Zirvə” isə üçüncü yeri tutmuşdur.
Turnirin ən yaxşı oyunçusu adına İntiqam Hacıyev (“Ümid”) layiq görülmüşdür. “Ən yaxşı qapıçı” nominasiyasının qalibi adını “Birlik” komandasının futbolçusu Elmir Maqsudov qazanmışdır. Ən məhsuldar oyunçu isə Babək Mirzəyev (“Şimşək”) olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]
Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub
- 09.09.2026 [10:44]
Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib
- 09.09.2026 [10:25]
"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib
- 09.09.2026 [10:16]