BİŞKEKDƏ TRASEKA-YA ÜZV ÖLKƏLƏRİN NƏQLİYYAT NAZİRLİKLƏRİ HÜQUQŞÜNASLARININ GÖRÜŞÜ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, iyulun 17-də Qırğızıstanın paytaxtı Bişkekdə TRASEKA-ya üzv ölkələrin Nəqliyyat nazirlikləri hüquqşünaslarının görüşü keçirilir.
Bu barədə TRASEKA-nın Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat vermişdir. Qeyd olunmuşdur ki, hüquqşünaslar əsasən iki sənəd üzərində müzakirələr aparacaqlar. Bunlar “Nəqliyyat ekspeditorları haqqında Model Qanun” və “Multimodal daşımalar haqqında Saziş”in layihələridir.
A.Mustafayev sonuncu sənədin artıq bir neçə ildir ki, hazırlandığını,
lakin iştirakçı tərəflərin mövqeyi uzlaşmadığından onun qəbulunun mümkün olmadığını bildirmişdir. Hüquqşünaslar layihələri razılaşdırdıqdan sonra təsdiq olunmaq üçün öz ölkələrinin hökumətlərinə təqdim edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]