Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biznes mühitinin müxtəlif sahələrinə dair icmalda vergi qanunvericiliyi və inzibatçılığına geniş yer verilib

Biznes mühitinin müxtəlif sahələrinə dair icmalda vergi qanunvericiliyi və inzibatçılığına geniş yer verilib

Bakı, 23 dekabr, AZƏRTAC

Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları və elektron dövlət xidmətləri barədə zəruri məlumatların əks olunduğu icmal hazırlanaraq nəşr olunub. İcmalın müvafiq bölmələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın aidiyyəti dövlət qurumlarının rəhbərlik etdiyi işçi qrupları tərəfindən tərtib olunub. Biznes sahələri üzrə qanunvericilik və inzibatçılıqla bağlı maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə icmalın bəzi hissələri təqdim olunur.

Bu barədə AZƏRTAC-a Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupundan məlumat verilib.

Vergi qanunvericiliyi və inzibatçılığı

Vergi nəzarəti - büdcəyə vergilərin düzgün hesablanmasını, vaxtında və tam məbləğdə köçürülməsini, vergi qanunvericiliyinin riayət edilməsini təmin edən qanunla nəzərdə tutulmuş üsul və tədbirlərin məcmusudur.

Vergi orqanları vergi nəzarətini vergiödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergiödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və sair formalarda həyata keçirirlər.

Vergi yoxlaması vergi nəzarətinin əsas formasıdır. Vergi qanunvericiliyi ilə vergi yoxlamasının iki növü müəyyən edilib - kameral və səyyar vergi yoxlamaları. Bununla yanaşı, vergi nəzarəti forması olaraq operativ vergi nəzarəti (OVN) tədbirləri də icra olunur.

Kameral vergi yoxlaması vergi orqanı tərəfindən vergiödəyicisinin fəaliyyət göstərdiyi məkana getmədən vergiödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında aparılır. Kameral yoxlamalar zamanı vergi orqanı vergiödəyicisi ilə canlı təmas etmir, bütün yoxlama mövcud olan və əldə edilə bilən məlumatların təhlili, mühasibat və vergi hesabatlarının müqayisəsi, göstəricilərin dəyişmə dinamikası və s. əsasında aparılır.

Səyyar vergi yoxlaması vergi orqanı tərəfindən vergiödəyicisinin fəaliyyət göstərdiyi məkanda keçirilən vergi yoxlaması növüdür. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar formada ola bilir. 2023-cü ildə başa çatan səyyar vergi yoxlamalarının sayı 537 təşkil edib. Vergiödəyicilərini əhatə baxımından bu çox aşağı göstəricidir və aktiv vergiödəyicilərinin cəmi 1 faizindən də aşağı hissəni əhatə edib.

Səyyar vergi yoxlamaları zamanı vergi orqanı ilə vergi ödəyicilərinin görüşü yalnız bir dəfə hazırlanmış aktın müzakirəsi zamanı keçirilir. Vergiödəyicisi ilə təmaslar səyyar yoxlama ilə bağlı hazırlanmış aktın müzakirəsi zamanı başlanır, şirkətlərin yüksək rəhbərliyinin iştirakı adətən yoxlamanın son dövrünə düşən müddəti əhatə edir. Vergi yoxlaması aktının bir nüsxəsi vergiödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Səyyar vergi yoxlamaları yalnız vergilərin ödənilməsindən yayınma hallarının olmasına dəqiq və əsaslı əlamətlər olduğu halda keçirildiyindən, onlar nəticəlidir və dövlət büdcəsinə əlavə vergi ödəmələrinin təmin olunmasına gətirir. Vergi əməkdaşlarının fəaliyyəti “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış” Qaydaları ilə tənzimlənir.

Operativ vergi nəzarəti vergi nəzarəti formaları içərisində çevik və effektiv nəzarət formasıdır. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin, anbar, ticarət və bu qəbildən olan digər binalarında, nəqliyyat vasitələrində həyata keçirilən vergi nəzarəti formasıdır.

Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarı əsasında həyata keçirilir. Nəzarət tədbiri vergiödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergiödəyicilərinin faktiki iş vaxtı ərzində həyata keçirilir. Bu nəzarətin həyata keçirilməsi qaydalarını, nəzarətlə əhatə olunan məsələləri Vergi Məcəlləsinin 50-ci maddəsi müəyyən edir. 2023-cü ilin nəticələrinə görə, aktiv vergiödəyicilərinin yalnız 1 faizi operativ vergi nəzarəti ilə əhatə olunub.

Maliyyə ilində müəssisə üçün bütün vergi hesabatlarının hazırlanması, təqdim edilməsi və ödənilməsi üçün tələb olunan vaxt önəmli xarakter daşıyır. Qeyd edilməlidir ki, 2023-cü ildə mənfəət, ƏDV, sosial vergi və tutumlar üzrə bəyannamələrin təqdim edilməsi və ödənilməsi üçün tələb olunan ümumi illik vaxt göstəricisi 69,84 saat müəyyən edilib. Bütövlükdə bir ay ərzində orta müddət 5,82 saat təşkil edir.

Ölkəmizdə vergi bəyannamələrinin göndərilməsi və vergilərin ödənilməsi prosesi tamamilə elektronlaşdırılıb. Hər bir vergiödəyicisi e-taxes.gov.az portalına daxil olaraq istənilən bəyannaməni elektron qaydada təqdim edə bilir. Azərbaycanda bəyannamələrin elektron göndərilməsi göstəricisi yüksəkdir. 2023-cü il ərzində bütün bəyannamələrin 96,89 faizi elektron şəkildə təqdim olunub.

Maliyyə ilində müəssisələr tərəfindən vergi öhdəlikləri elektron şəkildə ödənib. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli “Nağdsız hesablaşmalar haqqında” qanununun tələblərinə əsasən vergilərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu səbəbdən ödənişlər ancaq elektron qaydada həyata keçirilir. Vergilərin ödənilməsi üçün lazımi məlumatlarla bu linklərdən tanış olmaq mümkündür.

Vergi Məcəlləsinin 179.1-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergiödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır.

Vergi Məcəlləsinin 179.2-ci maddəsinə əsasən ƏDV ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergiödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır. Vergi Məcəlləsinin 179.2-ci maddəsinə əsasən 2023-cü ildə ərizəni təqdim etdiyi andan ƏDV-nin geri qaytarılmasına qədər olan orta müddət 7.4 həftə müəyyən edilib.

Müəssisənin ƏDV-nin qaytarılması üçün müraciət etməsinə ehtiyac yoxdur. İxrac fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinin artıq ödəmə məbləğləri barədə ərizələr vergi orqanı tərəfindən hazırlanaraq hər ay təsdiqlənib göndərilməsi üçün vergiödəyicilərinə təqdim edilir. Bu zaman vergiödəyicisinə artıq ödənilmiş məbləğlərin qaytarılması çevik şəkildə və heç bir nəzarət tədbirlərinə məruz qalmadan təmin olunur.

Digər fəaliyyət istiqamətləri üzrə Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların və vergiödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildiyindən qaytarılmır.

Son 3 ildə (01.10.2021-01.10.2024) artıq ödəmənin geri qaytarılması ilə bağlı daxil olan müraciətlərin sayı 4.251 təşkil edib. Müraciətlərin icra vəziyyəti barədə statistik məlumatlar DVX-nin rəsmi internet saytında yerləşdirilib. Həmin məlumatla aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/muracietler-barede-melumat

Bu mövzuda daha ətraflı məlumatla Biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivələri və elektron xidmətlər barədə İcmal sənədində (səhifə 24–25) tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Vergi və hesabatlılıq işçi qrupuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəhbərlik edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq