BMT BAŞ MƏCLİSİNİN 61-Cİ SESSİYASI AÇILDI
Xanım əl-Xəlifə 2005-ci ildə keçirilən zirvə toplantısında dünya liderlərinin müəyyənləşdirdiyi məqsədlərin gerçəkləşdirilməsi sahəsində bu vəzifədə öz sələfi, isveçli Yan Eliassonun səylərini davam etdirəcəyinə söz vermişdir. O bildirmişdir ki, ilk növbədə, silahlı münaqişələr nəticəsində yaranan problemlərin həllinə böyük diqqət yetirərək, BMT-də islahatları davam etdirmək lazımdır. Sədr əmindir ki, indiki sessiyanın iştirakçıları terrorizmə dair hərtərəfli konvensiya qəbul etməyə və nüvə tərk-silahı, kütləvi qırğın silahlarının yayılmaması məsələlərində irəliləyişə, nəhayət, müvəffəq olacaqlar.
61-ci sessiyada Baş Məclis gündəliyin 160-dan çox bəndinə baxacaqdır. Onların arasında sülhün və təhlükəsizliyin təmin edilməsi, terrorizmlə mübarizə, insan hüquqlarının və ətraf mühitin qorunması, sosial və iqtisadi inkişaf, BMT-də islahat və bir çox digər məsələlər var.
Sessiya çərçivəsində sentyabrın 19-29-da ənənəvi ümumsiyasi diskussiya keçiriləcəkdir. Diskussiyada 70-dək dövlət və hökumət başçısının iştirak edəcəyi gözlənilir.