BMT BƏNƏZİR BHUTTONUN QƏTLİNİ TƏHQİQ EDƏCƏK KOMİSSİYA YARADACAQDIR
AZƏRTAC xəbər verir ki, BMT Pakistanın xahişi ilə müxalifətin lideri Bənəzir Bhuttonun qətlini araşdıracaq xüsusi müstəqil komissiya yaradacaqdır. Bunu Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi BMT-nin Baş katibi Pan Gi Mun ilə görüşündən sonra bildirmişdir.
Pakistanın sabiq Baş naziri, sonralar isə müxalif Pakistan Xalq Partiyasının lideri Bənəzir Bhutto ötən il Böyük Britaniyadan Vətənə dönəndən bir neçə gün sonra, dekabrın 27-də qətlə yetirilmişdi. Çoxminlik mitinq zamanı intiharçı-terrorçu Bhuttonun avtomobilini atəşə tutmuş, sonra isə özünü avtomaşının yaxınlığında partlatmışdır.
Pakistanın xarici işlər naziri demişdir: “Komissiyanın məqsədi qətlin təşkilatçılarını, icraçılarını və sifarişçilərini üzə çıxarıb, ədalət məhkəməsinə verməkdir. Pan Gi Mun demişdir ki, komissiyanın formatını və strukturunu müəyyən etmək üçün Pakistan hökuməti və BMT-nin digər üzvləri ilə əlavə məsləhətləşmələr aparmalıdır”. Kureşi vurğulamışdır ki, komissiyanın bütün məlumat mənbələri ilə maneəsiz tanış olması üçün şərait yaradılması barədə BMT Baş katibi ilə tam razılıq əldə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]