BMT-NİN BAŞ KATİBİ DÜNYA ƏHALİ GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun iyulun 11-də qeyd olunacaq Dünya Əhali günü münasibətilə müraciət etmişdir.
Müraciətdə deyilir ki, qırx il bundan əvvəl dünya liderləri elan etmişlər ki, hər bir fərd uşaqlarının sayını, onların nə zaman dünyaya gətirilməsi vaxtını azad və məsuliyyətli şəkildə müəyyən etmək hüququna malikdir. Ana sağlamlığının yaxşılaşdırılmasını nəzərdə tutan minilliyin beşinci İnkişaf Məqsədi bu hüququ bir daha təsdiq edir və indiyədək bu sahədə az inkişafa nail olunduğunu göstərir.
Ailə planlaşdırılması hamiləlik dövrünün müəyyən edilməsinə imkan yaratdığı üçün reproduktiv sağlamlığın mühüm komponentlərindən biridir. Tədqiqatlar göstərir ki, ailə planlaşdırılması anaların və uşaqların həyatına, sağlamlığına bilavasitə təsir göstərir. Ailə planlaşdırılmasından istifadə imkanı ana ölümünü üçdəbir və uşaq ölümünü 20 faizə qədər azalda bilər.
Müraciətdə bildirilir ki, Qahirə konfransında xalqlar bütün cütlərin və fərdlərin təkcə uşaqlarının sayının və dünyaya gətirilməsi vaxtının müəyyən edilməsinə yox, eyni zamanda bunu həyata keçirmək üçün məlumat almaq hüquqlarına malikdirlər.
BMT-nin baş katibi dövlətləri beynəlxalq əhali və inkişaf konfransı zamanı götürülən öhdəliklərə ehtiram göstərməyə, minilliyin İnkişaf Məqsədlərinə çatmaq cəhdlərinin intensivləşdirildiyi bir zamanda ana ölümünün azaldılması və 2015-ci ilədək reproduktiv sağlamlığın artırılması üçün fəaliyyətə başlamağa, həyat tərzinin yaxşılaşdırılması üçün isə daha çox diqqət və resurs ayırmağa çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]