BMT-NİN BAŞ KATİBİ GUAM ƏRAZİSİNDƏ DONDURULMUŞ MÜNAQİŞƏLƏRLƏ BAĞLI QƏTNAMƏYƏ DAİR MƏRUZƏ HAZIRLAYIR
AZƏRTAC xəbər verir ki, GUAM ərazisində dondurulmuş münaqişələrlə bağlı BMT Baş Məclisinə təqdim edilən qətnamə layihəsinin qəbulu ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr aparılır. Qurumun baş katibi qətnamə üzrə məruzə hazırlayacaqdır.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev bildirmişdir ki, GUAM ölkələri Dağlıq Qarabağla əlaqədar BMT Baş Məclisinə daha bir sənəd təqdim etmişlər. “GUAM ölkələri ərazilərində dondurulmuş münaqişələrin beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” adlı qətnamə layihəsi müzakirə olunmaq üçün təşkilatın gündəliyinə salınmışdır. BMT Baş Məclisinə təqdim edilən qətnamədə GUAM ölkələrinin ərazi bütövlüyü məsələsi xüsusi vurğulanır.
Qeyd edək ki, GUAM-ın Parlament Assambleyasının 2005-ci ilin sentyabrında keçirilmiş toplantısında bu münaqişələrin ədalətli həllində GUAM-ın rolunun artırılması əsas müzakirə mövzusu olmuşdur. 2006-cı ilin sentyabrında “GUAM ərazisində həlli uzanmış münaqişələr, onların beynəlxalq aləm, təhlükəsizlik və inkişafa təsiri” məsələsi təşkilatın səyi nəticəsində BMT Baş Məclisinin 61-ci sessiyasının gündəliyinə salınmışdır. Ötən ilin sentyabrında isə BMT-nin Baş Məclisində “GUAM ölkələri ərazilərində dondurulmuş münaqişələrin beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” adlı bənd gündəliyə salınmış və qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]